Son Xəbər: İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb, Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb, Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib, Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib, Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq, "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB, Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək, Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ, Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək, Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib,

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Tarix: Bugün, 10:21

 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 faiz azalaraq 1384,5 min nəfər olub.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlarımızın 43,9 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,8 faizi Rusiya Federasiyasına (2,2 faiz az), 12,8 faizi Gürcüstana (13,6 faiz çox), 5,3 faizi İrana (41,2 faiz az), 23,2 faizi isə digər ölkələrə (3,9 faiz az) gedib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.

2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 70,7 faizi hava, 27,4 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR