Son Xəbər: Sabah Bakıya və rayonlara yağış yağacaq, İlham Əliyev Malayziyaya səfərə dəvət olunub, Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib, Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib, Ermənistanda sərxoş sürücü polislərə atəş açıb, İlham Mirzəliyev Sumqayıtda vətəndaşları qəbul edəcək, Bu gün Beynəlxalq Müəllimlər Günüdür, Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH, DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var,

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Tarix: Bugün, 09:36

 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.

Bu gün Azərbaycanda da müəllimlərin peşə bayramı qeyd olunur.

Belə ki, 1966-cı il oktyabrın 5-də UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.

Qeyd edək ki, "Müəllimlər günü" hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.

Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR