Son Xəbər: İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB, Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib, Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ, Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH, Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır, Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb, Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib, Sabah Bakıya və rayonlara yağış yağacaq, İlham Əliyev Malayziyaya səfərə dəvət olunub, Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib,

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Tarix: Dün, 17:23

 
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Oktyabrın 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, 7-si gecə və səhər isə bir qədər intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 6-sı axşamdan 7-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 6-dan 7-nə keçən gecə və səhər yağıntıların güclənəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR