Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanın bu kəndində 9 nəfər koronavirusa yoluxdu - İki qardaş öldü

Azərbaycanın bu kəndində 9 nəfər koronavirusa yoluxdu - İki qardaş öldü

Tarix: 8-06-2020, 17:23

İsmayıllı rayonunun Quşencə kəndində 9 nəfər koronavirusa yoluxub. Onlardan 8-i Ağdaş rayon Mərkəzi Xəstəxanasında, 1 nəfər isə Qobustan xəstəxanasında müalicə alır.
Yenisabah.az xəbər verir ki, bu barədə Azvision.az -a Quşencə kəndi üzrə ərazi nümayəndəsi Yaşar Şirəliyev məlumat verib. Onun sözlərinə görə, bu yaxınlarda koronavirusdan ölən şəxs dəfn edilib: "İki qardaş vəfat edib. Onlar Bakıda yaşayıblar, əslən bizim kənddəndirlər. Valideynlərinin dediyinə görə, qardaşlardan biri koronavirusdan vəfat edib, digəri ağciyər xəstəsi olub. Vərəm dispanserində müalicə alırdı. Ölən şəxslərdən birinin 50 yaşı, digərinin isə 46 yaşı olub. Bir nəfər isə evində infarkt keçirib, xəstəxanaya aparıblar, amma həyatını xilas etmək mümkün olmayıb”.
Y.Şirəliyev qeyd edib ki, kənd hazırda həm həkimlər, həm də polislər tərəfindən nəzarət altındadır.
"Kənd əhalisinə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Rayon rəhbərliyi tərəfindən ciddi nəzarət olunur. Obyektlər tez-tez dezinfeksiya edilir".
Yerli sakinlər isə bildirirlər ki, hər iki qardaş koronavirusdan vəfat edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR