Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusa yoluxdu

Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusa yoluxdu

Tarix: 24-06-2020, 13:57

Azərbaycanda daha bir icra başçısının müavini koronovirusa yoluxub.

Bunu Oxu.Az-a açıqlamasında Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirib.

Onun sözlərinə görə, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşlarından koronavirusa görə test nümunələri götürülüb:
“Onlardan, sadəcə, icra başçısının birinci müavini Ceyhun Həsənovun testin nəticələri müsbət çıxıb. Onda koronovirus asimptomatik şəkildə müşahidə olunub və hazırda evdə nəzarətdədir. Ailə üzvlərindən kimdəsə test nəticələri müsbət çıxmayıb”.
İ.Zeynalov qeyd edib ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin test nəticələrinin müsbət olması barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev də koronovirusdan vəfat edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR