Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

AzTV-dən 50-dən çox əməkdaşda koronavirusun aşkarlanması xəbəri ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

AzTV-dən 50-dən çox əməkdaşda koronavirusun aşkarlanması xəbəri ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Tarix: 25-06-2020, 15:06


AzTV 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Kanalın sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Qafqazinfo-ya məsələ ilə bağlı açıqlamasında məlumatı təkzib edib: 
“50-dən çox əməkdaşımızda koronavirusa yoluxma halının qeydə alınması ilə bağlı yayılmış məlumat düzgün deyil. Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimovanın yoluxması ilə bağlı məlumat mediada bir müddət öncə işıqlandırılmışdı. Onlar müalicə alırlar və artıq vəziyyətləri də yaxşıdır.

Ancaq sədr müavini Rafiq Həşimovun yoluxması ilə bağlı yayılmış xəbər doğru deyil”.

12:54

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var.
Vəzifəli şəxslərlə yanaşı, AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.
Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınması, onunla ünsiyyətdə olan şəxslərin isə təcrid edilməməsidir.

AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR