Son Xəbər: Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib, Cevdet Yılmaz Ermənistana səfər edəcək, Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb, Sabah hava yağmursuz keçəcək - PROQNOZ, Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb, Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb, Xəzərdə zəlzələ olub, Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub, Dünya bazarlarında neftin qiyməti açıqlanıb, Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək,

Şamaxıda koronavirus xəstələrinin tullantılarının kəndə atılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Şamaxıda koronavirus xəstələrinin tullantılarının kəndə atılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 1-07-2020, 16:22

Şamaxı rayonunun Göylər kəndi ərazisinə koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı KİV-də yayılmış məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırılıb və sözügedən əraziyə baxış keçirilib. 
ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı kəndin ərazisinə istifadəyə yararsız yataq dəstlərinin atıldığı faktı təsdiqini tapıb. 
Aparılan araşdırma zamanı məlum olub ki, Şamaxı rayonunda koronavirus epidemiyasına yoluxmuş xəstələrin müalicəsi üçün tibb müəssisəsi və karantin rejimli mehmanxana yoxdur, yataq tullantıları da koronavirus xəstələrinə aid deyil. 
Faktla bağlı akt tərtib edilib və əraziyə tullantı ataraq, əhalidə narahatlığa şərait yaradan təqsirkarların müəyyənləşdirilməsi üçün Şamaxı rayon polis şöbəsinə müraciət olunub. 
ETSN-nin əməkdaşlarının nəzarəti altında ərazi məişət tullantılarından təmizlənib və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə tullantıların idarə olunmasına cavabdeh Göylər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. 
Nazirlik vətəndaşları, müəssisə və təşkilatları məişət tullantılarını yalnız xüsusi müəyyənləşdirilmiş yerlərə atmağa, tullantıların düzgün idarə olunması və təmizlik qaydalarına ciddi riayət etməyə çağırır. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR