Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

“Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında COVID-19-a yoluxanlar var? - AÇIQLAMA

“Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında COVID-19-a yoluxanlar var? - AÇIQLAMA

Tarix: 6-07-2020, 13:29


Son günlər sosial şəbəkələrdə “Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında koronavirusa yoluxanların olması ilə bağlı məlumatlar paylaşılır.

Oxu.Az xəbər verir ki, yayılan məlumatlarda “Araz” supermarketlər şəbəkəsinin, xüsusilə Abşeron rayonunun Saray qəsəbəsində və Sumqayıt şəhərində fəaliyyət göstərən mağazalarında əməkdaşlar arasında COVID-19-a yoluxanların olduğu iddia edilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova bildirib ki, Sarayda yerləşən mağazada çalışanlar arasında hərarəti yüksək olan bir neçə əməkdaş olub:

“Bu məsələ ilə bağlı ətraflı açıqlama vermişdik. Bütün mağazalarımızda səhər işə başlamazdan əvvəl bütün personalın hərarəti ölçülür. Bir neçə əməkdaşımızda hərarət müşahidə edildiyindən onlar işə buraxılmamışdı. Müvafiq analizlər götürüldükdən və nəticələr neqativ çıxdıqdan sonra işə geri qayıtmışdılar. Belə hallar digər mağazalarımızda da olub, qabaqlayıcı tədbirlər görülüb.

Sumqayıtda dörd “Araz” supermarketi fəaliyyət göstərir. Onların heç birində nə şübhəli hal, nə də koronavirusa yoluxduğu təsdiq edilən əməkdaşımız olmayıb. Bütün personal iş başındadır. Yayılan məlumatıar həqiqəti əks etdirmir. “Araz” supermarketlər şəbəkəsində işçilər qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə edirlər. Eyni zamanda, mağazalarımızda mütəmadi olaraq dezinfeksiya işləri aparılır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR