Son Xəbər: Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək, Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq, Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb, ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib, TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib, Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir, Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI, Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək, Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB, Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB,

Dünyanın ən ölümcül xəstəliyindən sağalmaq ehtimalı yaranıb

Dünyanın ən ölümcül xəstəliyindən sağalmaq ehtimalı yaranıb

Tarix: 9-07-2020, 09:08


Alimlər antiretrovirus preparatları ilə nikotinamidin (B3 vitamininin) aqressiv kombinasiyasının köməyi ilə HİV-dən (insanın immun çatışmazlığı virusundan) tam sağalma ehtimalı olan hadisə barədə məlumat yayıblar.

Sözügedən kombinasiya yoluxmuş hüceyrələri latent virusu oyatmağa məcbur edir və bu da onu immun sistem qarşısında aciz edir.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Science” nəşri məlumat yayıb.

Braziliyadan olan 36 yaşlı pasiyentdə sözügedən müalicədən sonra virus zərrəciklərinin səviyyəsi sıfıra düşüb. 2019-cu ilin mart ayında terapiya bitdikdən sonra isə HİV bir daha həmin xəstənin qanında aşkarlanmayıb.

Həmçinin anticisimlərin sayı çox aşağı həddə düşüb ki, bu da limfa düyünlərində və bağırsaqlarda yoluxmuş hüceyrələrin olmamasını göstərir.

Qeyd edək ki, antiretrovirus preparatı qəbul edən və müalicəsini dayandıran insanların əksəriyyətində virus yükü bir neçə həftə ərzində yenidən artmağa başlayır.

HİV-i məğlub etmək çətindir, çünki patogen genetik materialını insan hüceyrələrinin DNT-sinə daxil edir, bu da immun sistemdən yayınmağa imkan verir. Tədqiqatçılar bu cür viral rezervuarlar üçün bir neçə təmizləmə strategiyası hazırlayıblar, lakin onların heç biri effektiv olmayıb.

Bu günə qədər HİV-dən iki tam müalicə halı təsdiq edilib. Amerikalı və britaniyalı pasiyentlər qan xərçəngini müalicə etmək üçün sümük iliyi transplantasiyasına məruz qalıblar. Ancaq bu, bahalı və həmişə effekt verməyən riskli yanaşmadır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR