Son Xəbər: Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib, Cevdet Yılmaz Ermənistana səfər edəcək, Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb, Sabah hava yağmursuz keçəcək - PROQNOZ, Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb, Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb, Xəzərdə zəlzələ olub, Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub, Dünya bazarlarında neftin qiyməti açıqlanıb, Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək,

Azərbaycanda onkoloji xəstələrin sayı artıb

Azərbaycanda onkoloji xəstələrin sayı artıb

Tarix: 8-09-2020, 10:37

Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artıb.
Trend-in məlumatına görə, Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin (bədxassəli şişlərlə) ötənilki sayı 2018-ci ildəki (48 685) göstəricidən 52 718-ə yüksəlib. 2017-ci ildə bu say 45 756, 2015-ci ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub.
2019-cu ildə ölkədə 12 107 nəfərə ilk dәfә onkoloji diaqnoz qoyulub ki, bu say 2018-ci ildə 11 123, 2005-ci ildə 6 277 olub.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinin 74,9 nəfərinə ilk dәfә onkoloji diaqnoz qoyulduğu halda, 2018-ci ildə bu say artaraq 113,3-ə, 2019-cu ildə 122,2-ə yüksəlib.
Ötən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 5 807-i (2018-ci ildə 5 468) kişi, 6 300-ü (2018-ci ildə 5 655) qadın olub.
Keçən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 129-u (2018-ci ildə 103) yaşı 13-dək olan uşaqlar, 38-i (2018-ci ildə 21) 14-17 yaşlı uşaqlar, 237-i (2018-ci ildə 243) 18-29 yaşlı gənclər, 296-sı (2018-ci ildə 254) 30-34 yaşlı, 414-ü (2018-ci ildə 366) 35-39 yaşlı insanlardır.
Onkoloji diaqnoz qoyulan insanların böyük hissəsi yaşı 40-dan çox olanlardır.
Keçən il 5 361 nəfər (2018-ci ildə 44 836) 40-59 yaşlı, 5 632 nəfər (2018-ci ildə 5 300) 60 vә yuxarı yaşlı insana ilk dəfə onkoloji diaqnoz qoyulub. Ötən il onkoloji diaqnoz qoyulanların çoxuna - 2 122 nəfərə (2018-ci ildə 1 799) süd vəzisinin bədxassəli şişi diaqnozu təyin edilib.
Ötən il 1 359 (2018-ci ildə 1 341) nəfərə traxeya, bronx, ağciyərin, 1 277 (2018-ci ildə 1 211) nəfərə mədənin, 446 (2018-ci ildə 426) nəfərə qida borusunun, 205 (2018-ci ildə 201) nəfərə ağız boşluğunun və udlaq vəzinin bədxassəli şişi diaqnozu qoyulub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR