Son Xəbər: Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür, Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub,

Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb

Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb

Tarix: 9-09-2020, 09:15


Koronavirus pandemiyası ilə əlaqədar uşaqların cinsi istismarı və onlara qarşı zorakılıq halları artıb.

“İzvestiya”nın məlumatına görə, bu barədə “Interpol”un yaydığı hesabatda deyilir.

Bildirilir ki, uşaqların məruz qaldığı cinsi istismar bir çox hallarda COVID-19 pandemiyası fonunda bildirilməmiş qalır.

Bundan başqa, yetkinlik yaşına çatmayanlar arasında təcavüzlə əlaqəli materiallar daha çox yayılıb.

“Həmçinin “darknet” qapalı şəbəkəsində cinsi istismara və uşaqlara qarşı təcavüzə həsr olunmuş forumlarda müzakirələr daha da güclənib”, - deyə qurumdan xəbərdarlıq edilib.

Təşkilat bəzi qanun pozuntuları barədə məlumatların uzun müddətli gecikmələrlə əlaqədar olaraq həll olunmamış qalmasından da narahatdır. Qurum bunu, digər səbəblərlə yanaşı, insan resurslarının çatışmazlığı, informasiya proseslərinin pozulması və məhkəmələrin bağlanması səbəbi ilə işlərə baxılmasının gecikmələri ilə əlaqələndirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR