Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

TƏBİB-dən reanimasiya şöbəsində olan COVID-19 xəstələrinin sayı ilə bağlı AÇIQLAMA

TƏBİB-dən reanimasiya şöbəsində olan COVID-19 xəstələrinin sayı ilə bağlı AÇIQLAMA

Tarix: 22-10-2020, 14:47

“Məndə olan son məlumata görə, bu gün COVID-19 virusuna yoluxan 209 xəstə reanimasiya şöbəsində müalicə alır. Bu, çox ciddi rəqəmdir və nəzərə almaq lazımdır ki, rəqəmlər hər gün dayanmadan dəyişir. Onlardan 18-i isə süni tənəffüs aparatına qoşulub”.
Bu barədə AzTV-nin “Hədəf” proqramında qonaq olan TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva məlumat verib.
Y.Qarayeva bildirib ki, biz hər birimiz bunun məsuliyyətini hiss etməliyik:
“Dövlət xəstəxanalar tikdi, süni tənəffüs aparatı gətirdi, zəruri digər resursların təminatı üçün müvafiq addımlar atdı. Lakin həkim resursunun təminatı çox çətindir. Bir həkimin oxuyub gəlib reanimotoloq, pulmonoloq olması illər alır. Bu səbəbdən hər kəs diqqətli olmalıdır”.
“Bizim stasionar çarpayı baxımından heç bir problemimiz yoxdur. Bütün həkimlər onlara nəzarət edə bilirlər, lakin süni tənəffüs cihazına qoşulan xəstəyə həkim reanimatoloq baxmalıdır. Mən xüsusən gənclərimizə müraciət edirəm.
Onlar elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər. Lakin hər kəsin evində yaşlılar, xroniki xəstəliyi olanlar var. Ona görə də gənclər bu məsələyə diqqətli yanaşmalıdırlar. Kim ki ordumuza, qələbəmizə dəstək olmaq istəyir, COVID-19-la mübarizəyə qoşulsun. Çünki biz öz resurslarımızı bölmək məcburiyyətində qalırıq”, - o vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR