Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Azərbaycanda koronavirusa yoluxma nə vaxt azalacaq? - AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxma nə vaxt azalacaq? - AÇIQLAMA

Tarix: 16-12-2020, 12:03

“Oktyabrın ortalarından sonra Azərbaycanda koronavirusa yoluxma sürətli şəkildə artır. Amma son 10 gündə yoluxma sayının stabilləşdiyi görünür və dörd min civarında gündəlik yoluxma qeydə alınır”.

Bunu virtual mətbuat konfransında ÜST-ün  Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, karantin rejimi insanları yoluxdurmadan qorumaq üçündür:

“Sərt karantin rejiminin nəticələrini görmək üçün ən azı bir həftə keçməlidir. Bu zaman rəqəmlər aşağı enəcək. Yoluxma sayının artımının səhiyyə üzərində yaratdığı gərginliyi azaltmaq lazımdır.

Xəstəxanalarda boş yataq olmazsa, xəstələr evdə müalicə alarsa və oksigenə əlçatımlılıq olmazsa, ölə bilərlər. Bunu azaltmaq üçün tək yol insanların bir yerə toplaşmasına mane olmaqdır”.

O bildirib ki, qarşıdakı üç ay çox kritikdir:

“Peyvəndləmə başladıqdan sonra yoluxma sayı azalacaq. Vaksinasiya başlayana qədər səbrli olmalıyıq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR