Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Koronavirus peyvəndi ilə birlikdə qripə qarşı peyvəndin vurulması mümkündür?

Koronavirus peyvəndi ilə birlikdə qripə qarşı peyvəndin vurulması mümkündür?

Tarix: 12-01-2021, 15:08


Türkiyədə Hacettepe Universitetinin professoru Atəş Kara koronavirusla yanaşı eyni zamanda digər viruslara qarşı da peyvənd edilmənin mümkünlüyündən danışıb.

Bu barədə o, DHA-ya müsahibəsində deyib.

Professorun sözlərinə görə, həm koronavirusa, həm də qripə görə peyvənd edilmək olar amma bəzi məqamlara diqqət yetirmək lazımdır:

“Bəzi məlumatlarımız yeni olduğundan peyvəndin cavabını dəyişdirməyəcəyinə əmin olmalıyıq. Bu səbəblə aradakı müddət ən az 14 gün olmalıdır, mümkünsə bu müddəti 28 gün etmək lazımdır”.

O, qeyd edib ki, iş şəraitinin təhlükə yaratdığı yerlərdə, əlacsız qaldıqda bu müddəti üç, hətta bir günə də endirmək olar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR