Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

"Yenidən xəstə sayı kəskin arta bilər" - XƏBƏRDARLIQ

"Yenidən xəstə sayı kəskin arta bilər" - XƏBƏRDARLIQ

Tarix: 10-02-2021, 22:34


Koronavirus xəstələrinin ictimai yerlərdə aşkar edilməsi hallarının artması cəmiyyəti daha təhlükəli hallarla üz-üzə qoya bilər.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib.

İnfeksionist bildirib ki, qorunma tədbirlərinə ciddi riayet etməliyik: "Burada əsas məsələ vətəndaş məsuliyyətsizliyi durur. Əgər bir şəxs koronavirus xəstəsi olduğunu bilərək ictimai yerlərə gedib, insanlarla təmasda olmaqdan çəkinmirsə, belə insanlar ciddi şəkildə cəzalandırılmalıdır. Həmin şəxs özünü çox rahat hiss edə bilər, amma bilməlidi ki, yoluxdurduğu hər hansı bir şəxsin xəstəliyi daha ağır vəziyyətdə keçirməyinə və hətta ölümünə səbəb ola bilər. Hər zaman qeyd edirik ki, asemptomatik xəstələr özləri də bilmədən digər insanları yoluxdura bilirlər. İctimai yerlərdə giriş zamanı hər kəsin temperaturuna nəzarət olunur. Bu, o demək deyil ki, həmin şəxsin temperatur göstəricisi normaldı deyə rahat ola bilərik. Buna əsasən yenə qeyd etmək istəyirəm ki, ictimai yerlərə getdiyimiz zaman əsas qorunma tədbirlərinə ciddi riayet etməliyik. Əks halda yenidən yoluxan xəstə sayının kəskin artması ilə qarşılaşa bilərik".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR