Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Həkimlərin maaşlarının iki dəfə azaldılmasının səbəbi AÇIQLANDI

Həkimlərin maaşlarının iki dəfə azaldılmasının səbəbi AÇIQLANDI

Tarix: 12-03-2021, 11:02


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün həkimlərə verilən ödəmələrin iki dəfə azaldılması məsələsinə münasibət bildirib.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir:

“Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.

Qeyd edək ki, koronavirusla mübaraizə tədbirlərinə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Belə ki, xəstə sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir”.

“Qərara uyğun olaraq müddətli əlavələr iş vaxtına/saatına mütənasib olaraq ödənilir. Belə ki, müddətli əlavələr tibb və qeyri-tibb işçilərinin koronavirusla mübarizə tədbirlərinə cəlb olunduqları iş vaxtına/saatına görə hesablanır.

Məlumat üçün bildirək ki, yanvar ayı ərzində ölkədə koronavirusa yoluxan şəxslərin sayı az olduğu üçün tibb və qeyri-tibb işçilərinə ödənilən müddətli əlavənin məbləğində də azalma müşahidə olunub”, - deyə qurumda qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR