Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Zaxarova sabahkı Soçi görüşü ilə bağlı sualı cavablamaqdan yayındı

Zaxarova sabahkı Soçi görüşü ilə bağlı sualı cavablamaqdan yayındı

Tarix: 25-11-2021, 16:28


“Rusiya tərəfinin diqqəti Azərbaycan və Ermənistan arasında iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına yönəlib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə sabah Soçidə keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü barədə suala cavab verərkən deyib.

Zaxarova bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında yüksək səviyyəli görüşləri şərh etmək Rusiya Prezidenti Administrasiyasının səlahiyyətindədir.

“Deyə bilərəm ki, regionda sabitliyin möhkəmlənməsi və dinc həyatın qurulması üçün bütün mümkün tədbirləri görürük. Əlbəttə, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına xüsusi diqqət ayrılır”, - deyə Zaxarova əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR