Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Aksiya iştirakçıları Ermənistan XİN-in binasına daxil oldu

Aksiya iştirakçıları Ermənistan XİN-in binasına daxil oldu

Tarix: 10-12-2021, 12:43

Ermənistanda ölkənin Xarici İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirilir.

Mediabiz.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Azadlıq hərəkatı” tərəfdarları və nümayəndələrinin qatıldığı aksiyanın iştirakçıları nazir Ararat Mirzoyan və yaxud müavini ilə görüş tələb ediblər.

Aksiya zamanı etirazçılar XİN-in binasına daxil olublar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları iştirakçıları binadan çıxarmağa çalışır. Polis 13 aksiya iştirakçısını saxlayıb.

Qeyd edək ki, aksiya iştirakçıları nazirdən Qarabağa dair danışıqlar prosesinin gələcəyinə dair suallara cavab tələb ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR