Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

"Rus əsgərləri Ukraynanın sərhədini keçərsə..." - Bayden

"Rus əsgərləri Ukraynanın sərhədini keçərsə..." - Bayden

Tarix: 21-01-2022, 08:15

ABŞ prezidenti Co Bayden komandası ilə Ağ Evdə infrastruktur gündəminə dair görüşdən əvvəl keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı dediklərinə aydınlıq gətirib.

Baydenin sözlərinə görə, Ukrayna sərhəddində cəmlənmiş Rusiya hərbi birləşmələrinin Ukrayna sərhədinə keçməsi “işğal” demək olacaq və bu halda Rusiya “ağır bədəl” ödəyəcək.

Bayden Rusiya prezidenti Vladimir Putinlə görüşlərində ABŞ-ın mövqeyini açıq şəkildə nümayiş etdirdiklərini bildirib:

“Bölgədə yığılan rus hərbi birləşmələri Ukrayna sərhədini keçərsə, bu, işğaldır. Həmin zaman Rusiya "ciddi və koordinasiya iqtisadi nəticələri" ilə qarşılaşacaq".

Rusiyanın Ukraynaya müdaxilə etmək üçün hərbiləşdirilmiş qüvvələrdən istifadə etməsinin mümkün olduğunu qeyd edən Bayden, "Rusiya əsgərləri boz bölgələrdəki hücumlarda uniforma geyinmir. Biz də bunlara hazır olmalıyıq", -  deyə xəbərdarlıq edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR