Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Zurabişvili Saakaşvilinin azadlığa çıxmağını istəmir

Zurabişvili Saakaşvilinin azadlığa çıxmağını istəmir

Tarix: 29-01-2022, 09:59

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin əfv edilməsi ölkədə vəziyyəti pisləşdirəcək”.

Bunu jurnalistlərlə görüşündə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. 

“Əminəm ki, Saakaşvilinin əfv edilməsi kimi addım Gürcüstanda qütbləşmənin aradan qaldırılmasına deyil, dərinləşməsinə səbəb olacaq”, - deyə Zurabişvili vurğulayıb. 

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub. Hazırda məhkəmə onun barəsində 3 cinayət işini nəzərdən keçirir. Sözügedən işlər 2007-ci il 7 noyabrda etiraz aksiyasının dağıdılması, dövlət vəsaitlərinin mənimsənilməsi və Gürcüstan sərhədini qanunsuz keçmə ilə bağlıdır.

Ölkənin müxalif partiyalarının bir hissəsi gürcü siyasətçini “siyasi məhbus” hesab edərək azad olunmasını tələb edirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR