Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Ermənistanda demokratik normalar deqradasiyaya uğrayıb” - “Freedom House”

“Ermənistanda demokratik normalar deqradasiyaya uğrayıb” - “Freedom House”

Tarix: 5-02-2022, 16:50



“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı Ermənistanda ağır təhqir maddəsi ilə ilk hökmün çıxarılmasından narahatlığını ifadə edib.

Mediabiz.az xəbər verir ki, bu barədə təşkilatın Tvitter hesabında bildirilib.


“Bu, demokratik normaların açıq-aşkar deqradasiyasını göstərir və Ermənistanda ifadə azadlığı üçün təhlükədir”, - təşkilatdan qeyd edilib.

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvan şəhərinin sakini ölkənin Baş naziri Nikol Paşinyanı təhqir etdiyinə görə 1000 dollar cərimə olunub.

Sözügedən şəxs ötən ilin sentyabr ayında polisə zəng vuraraq Paşinyanın, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın və onların ailəsinin ünvanlarına seksual xarakterli təhqirlər səsləndirib. Buna səbəb isə həmin şəxsin ictimai nəqliyyatın işindən narazı olması olub.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, o, məhkəmədə günahını etiraf edib.

Qeyd edək ki, Ermənistanda dövlət və məmurlara ağır təhqirlərə görə məsuliyyətə cəlb etmə haqqında sözügedən qanun 2021-ci il avqustun 30-da qüvvəyə minib. 31 dekabr 2021-ci il tarixinə kimi bu maddə ilə 263 cinayət işi başlanılıb. Onlardan 214-ü barədə istintaq davam edir, 31 nəfərə qarşı ittiham irəli sürülüb, yeddi iş məhkəmədədir.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR