Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

57 yaşlı CHP-li deputatın nikahı müzakirələrə səbəb oldu - Fotolar

57 yaşlı CHP-li deputatın nikahı müzakirələrə səbəb oldu - Fotolar

Tarix: 8-02-2022, 11:43


Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) İstanbullu millət vəkili Gürsel Tekin xəbər aparıcısı Mehtap Özkanla ailə həyatı qurub.

Mediabiz.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün nikah mərasimi Çırağan Sarayında baş tutub. 57 yaşlı Gürsel Tekin məhz bu səbəbdən çoxsaylı tənqidlərə məruz qalıb.

Bununla yanaşı, 32 yaşlı Mehtap Özkanla Gürsel Tekin arasında 25 yaş fərqin olması da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bu tənqidlərdən sonra Gürsel Tekin öz rəsmi tviter hesabından məsələ ilə bağlı açıqlama verərək bunları söyləyib: “Toy etmədik, sadə bir nikah mərasimi təşkil etdik. 8 nəfər ailə üzvümüz və biz ikimiz”.

Həmçinin sərvəti ilə bağlı tənqid olunan Tekin sərvət düşməni olmadığını, lakin sərvətinin də olmadığını bildirib.

Qeyd edək ki, Gürsel Tekin ötən il ikinci həyat yoldaşı Nihan Tekindən ayrılıb.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR