Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Putin niyə Makronla uzun masa arxasında görüşüb? - Səbəb açıqlandı

Putin niyə Makronla uzun masa arxasında görüşüb? - Səbəb açıqlandı

Tarix: 11-02-2022, 09:56

Rusiya Prezidenti Vladimir Putinin Fransa Prezidenti Emmanuel Makron ilə Kremldə uzun masa ətrafında danışıqlar aparmasının səbəbi açıqlanıb.

Mediabiz.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb E.Makronun rusiyalı həmkarı ilə danışıqlardan öncə koronavirus üzrə PZR testdən keçməkdən imtina etməsi olub.

Bildirilib ki, E.Makrona seçim etmək təklif edilib: test verib V.Putinlə daha qısa məsafədən ünsiyyət qurmaq və ya imtina edərək təhlükəsiz məsafəni saxlamaq.

"Biz başa düşürdük ki, testdən imtina etmək əl sıxışmamaq və uzun masa demək olacaq. Amma prezidentin DNT-sinin onların əlinə keçməsinə imkan verə bilməzdik", - deyə mənbələrdən biri bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR