Son Xəbər: Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib,

Ukraynada idman yarışları ləğv edilir

Ukraynada idman yarışları ləğv edilir

Tarix: 23-02-2022, 22:52

Ukraynanın Gənclər və İdman Nazirliyi fövqəladə vəziyyət dövründə ölkədə bütün idman və kütləvi tədbirləri ləğv etmək qərarına gəlib.

Mediabiz.az "sport.ua" saytına istinadən xəbər verir ki, müvafiq sərəncam gün ərzində veriləcək. Buna səbəb Ukrayna ilə Rusiya arasında mümkün müharibə təhlükəsidir.

Fövqəladə vəziyyət ən azı 30 gün qüvvədə olacaq. Ali Radanın bu gün prezident Vladimir Zelenskinin fərmanını ratifikasiya edəcəyi gözlənilir.

Bu isə o deməkdir ki, yaxın 30 gün ərzində ölkə ərazisində idman yarışları və təlim-məşq toplanışları olmayacaq. İddiaya görə, Ukrayna yığmalarının beynəlxalq yarışlarda iştirakı ləğv edilməyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR