Son Xəbər: Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib,

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatdı - Yenilənib

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatdı - Yenilənib

Tarix: 7-03-2022, 22:14


Bu gün Belarusda Rusiya-Ukrayna danışıqlarının yeni raundu keçiriləcək.

Mediabiz.az TASS-a istinadən xəbər verir ki, nümayəndə heyətləri sayca üçüncü mərhələdə Belovejskaya Puşçada görüşəcəklər.

Danışıqların günortadan sonra, Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16:00) baş tutması gözlənilir.

Ukrayna və Rusiya bu dəfə də bağlı qapılar arxasında əlaqə saxlamağa razılaşıblar.

Xatırladaq ki, tərəflər arasında birinci danışıq fevralın 28-i Belarusun Qomel şəhərində, ikincisi isə martın 3-ü Belarusun Brest vilayətində keçirilib.

Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.

Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.

***

“Sputnik Belarus” xəbər verir ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundu üçün Belarusa uçub.

Bildirilir ki, Ukrayna nümayəndə heyətinin danışıqların üçüncü raunduna hansı tərkibdə gələcəyi məlum deyil.

***

Rusiya  nümayəndə heyəti artıq Belarusa çatıb. Eyni zamanda, Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya həmkarları ilə yolda olduğunu bildirib.

***

TASS-ın məlumatına görə, Ukrayna nümayəndə heyəti iki helikopterlə Rusiya ilə danışıqların üçüncü raundu üçün Belovejskaya Puşçaya gəlib.

***

NTV xəbər verir ki, danışıqların üçüncü raundu başlayıb.

***

Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR