Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

"Putini dəstəkləyən bütün ruslar məsuliyyət daşıyır"

"Putini dəstəkləyən bütün ruslar məsuliyyət daşıyır"

Tarix: 18-03-2022, 14:22


Ukraynadakı müharibəyə görə məsuliyyət təkcə Putinin deyil, onun siyasətini dəstəkləyən və həyata keçirən bütün rusların üzərinə düşür.

Bu barədə  Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.

"Reallıq budur ki, kimsə (red. Rusiya) Ukrayna şəhərlərinə bombalar yağdırır, dinc sakinləri güllələyir, amma ruslar “Z” formalaşdırır, anketlərdə Putini dəstəkləyir. 1930-cu illərdə olduğu kimi. Onlar təbliğatla zəhərlənsələr belə, məsuliyyət daşıyırlar ", - deyə Kuleba yazıb.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts ruslara qarşı təhqir və hücumların yolverilməz olduğunu, çünki Ukraynadakı müharibəyə görə rusların deyil, yalnız Vladimir Putinin cavabdeh olduğunu bildirib.

Lakin  Ukrayna Prezident Aparatının müşaviri Mixail Podoliak bildirib ki, Almaniya kansleri Olaf Şolzun Ukraynaya qarşı təcavüzə görə yalnız Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıması barədə bəyanatı Avropada yanlış tendensiya ola bilər, çünki rusiyalıların 71%-i müharibəni dəstəkləyir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR