Son Xəbər: Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib, Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ, Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub, Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir, Sabah 37 dərəcə isti olacaq, Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb, Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir, Şuşada çərkəz musiqiləri ifa edilib, "Neftçi" bu gün yoxlama oyununda "Partizan"la üz-üzə gələcək,

"Yaponiya ilə sülh müqaviləsinin imzalanması mümkün deyil" - Zaxarova

"Yaponiya ilə sülh müqaviləsinin imzalanması mümkün deyil" - Zaxarova

Tarix: 23-03-2022, 10:56


"Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Biz Yaponiya ilə sülh müqaviləsi imzalamaq istiqamətində danışıqları davam etdirmək niyyətində deyilik. Buna səbəb Tokionun qeyri-dost davranışlarıdır. Tokio bizim maraqlarımıza açıq şəkildə zərbə vurmağa çalışır. Belə bir şəraitdə müvafiq sənədlərin imzalanmasından danışmaq mümkün deyil", - XİN rəsmisi deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Yaponiya rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bundan sonra Moskva Tokio ilə sülh müqaviləsi üzrə danışıqları dayandırdığını açıqlayıb.

Xatırladaq ki, Rusiya və Yaponiya arasında Kuril adalarının hansı ölkəyə məxsus olması ilə bağlı mübahisə var. Keçmiş SSRİ İkinci Dünya müharibəsindən sonra adaları işğal edib. Müharibədən sonra ABŞ-ın Yaponiyanı işğalı etməsi nəticəsində rəsmi Tokio 1951-ci ildə San-Fransisko müqaviləsinə imza atmaq məcburiyyətində qalıb. Bu müqaviləyə əsasən, Yaponiya Kuril adaları üzərində olan bütün haqlarından imtina edib. Amma keçmiş SSRİ bu müqaviləni imzalamadığına görə o, etibarsız sayılır. 

2005-ci ildə Avropa Parlamentində Çin, Tayvan və Uzaq Şərq ilə münasibətlər haqqında qəbul edilən qərarın 15-ci bəndində Rusiyanın işğal etdiyi Kuril adalarını Yaponiyaya verməsi tələb edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR