Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Bayden çıxışı zamanı yenə səhv etdi

Bayden çıxışı zamanı yenə səhv etdi

Tarix: 5-04-2022, 14:37

 ABŞ prezidenti Co Bayden növbəti dəfə media qarşısında səhvə yol verib.  

Bayden və onun xanımı Cill Bayden ABŞ ordusunun  yeni nüvə sualtı qayığı olan "USS Delaware"nin mərasimində iştirak ediblər. Mərasimdə çıxış edən Amerika lideri a həyat yoldaşının sualtı qayığın inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Cil Baydeni ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə vitse-prezident olduğunu vurğulayan Bayden belə davam edib:

"Mən Cill Baydendən vitse-prezident olarkən Mişel Obama ilə başladığı və hazırda davam edən Qüvvələrin Birləşdirilməsi təşəbbüsü ilə gördüyü işdən çox qürur duyuram”.

Baydenin bəyanatını dərc edən Ağ Ev, "(Mən) vitse-prezident olanda..." yazaraq səhvi düzəldib. 

Bildirək ki,  bu Baydenin ilk səhvi  deyil.  ABŞ-ın ən yaşlı prezidenti olan Bayden keçən ay ABŞ-ın vitse-prezidenti Kamala Harrisi “Birinci xanım” adlandırmışdı. ABŞ prezidenti Harris haqqında danışarkən bir neçə dəfə “vitse-prezident” əvəzinə “prezident” sözünü işlədib.

Baydenin zehni vəziyyəti əvvəllər də mübahisə mövzusu olub. Onun sələfi Donald Tramp, 2020-ci il seçkilərində kampaniyasında "qocalıq" olaraq xarakterizə etdiyi Baydenin psixi sağlamlığının bu vəzifə üçün uyğun olmadığını iddia edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR