Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Putin "qəddar" generala səlahiyyət verdi

Putin "qəddar" generala səlahiyyət verdi

Tarix: 11-04-2022, 13:47

 Rusiyada prezident Vladimir Putin ötən gün müharibəyə rəhbərlik edən generalı dəyişdirərək Aleksandr Dvornikova səlahiyyət verib.

Karyerası boyu Rusiya ordusunda müxtəlif vəzifələrdə xidmət edən Dvornikov Rusiyanın Suriyadakı hücumlarına cavabdeh olan ad kimi də gündəmə gəlib.

Belə ki, 2015 və 2016-cı illərdə Rusiyanın Suriyadakı əməliyyatına rəhbərlik edən Dvornikov haqqında Ağ Evin sözçüsü Cen Psaki və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan açıqlama veriblər.

Sullivanın sözlərinə görə, “Yuxarıda adı çəkilən generalın Suriyada mülki şəxslərə qarşı etdiyi vəhşiliklər də onun tərcümeyi-halında yer alıb. Biz bunun eyni şəkildə davam edəcəyini gözləyirik. Bu general Ukraynada dinc insanlara qarşı cinayət və vəhşilik edən adlardan biri olacaq" , - deyə  bildirib. 

Psaki isə "Rusiyadakı rüsumların dəyişdirilməsi Ukraynada gördüyümüz hadisələrin davamı demək olacaq" , - deyə şərh edib.  

60 yaşlı general Aleksandr Dvornikov Rusiya ordusunun ən önəmli fiqurlarından biri kimi tanınır. Britaniyanın “The Guardian” qəzeti qohumları tərəfindən “ənənəvi” general kimi tanınan Dvornikov haqqında “Sovet ordusunun doktrinası ilə təlim keçərək, mülki vətəndaşların itkisindən müharibədə genişlənmək üçün istifadə oluna biləcəyinə inanır” şərhini yazıb. 1982-ci ildə taqım komandiri vəzifəsində xidmət edən Dvornikov ikinci Çeçenistan müharibəsində iştirak edib və 2015-2016-cı illərdə Suriyadakı müharibəyə rəhbərlik edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR