Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

ABŞ-ın iki yüksək çinli məmuru Ukraynaya GƏLƏ BİLƏR

ABŞ-ın iki yüksək çinli məmuru Ukraynaya GƏLƏ BİLƏR

Tarix: 14-04-2022, 08:35

 
Hazırda ABŞ-da yüksək rütbəli məmurlardan birinin Ukraynaya səfəri ilə bağlı danışıqlar gedir.

Mediabiz.az "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə  CNN-ə danışıqların gedişi ilə tanış olan Ağ Evdəki mənbə bildirib.

ABŞ rəsmiləri yüksək səviyyəli administrasiya rəsmisinin Ukraynaya səfəri ilə bağlı daxili ilkin danışıqlar aparıblar.

Prezident Co Bayden və vitse-prezident Kamala Harrisin yaxın gələcəkdə Kiyevə səfər etmələri ehtimalı azdır, lakin rəsmilər müdafiə naziri Lloyd Ostinin və ya dövlət katibi Entoni Blinkenin səfərinin mümkünlüyünü müzakirə ediblər. Lakin qərar qətilikdən çox uzaqdır və səfər sonda baş tutmaya bilər.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Boris Conson ötən həftə Kiyevə gözlənilməz səfər edib və daha sonra ABŞ rəsmiləri Baydenin hələ Ukraynaya səfər planlaşdırmadığını bildiriblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR