Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Paşinyanın Rusiyaya səfəri başlayıb

Paşinyanın Rusiyaya səfəri başlayıb

Tarix: 19-04-2022, 12:57

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük rəsmi səfərə gəlib.

Mediabiz.az erməni KİV-lərinə  istinafən xəbər verir ki, hava limanında Paşinyanı  Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolunun rəhbəri İqor Boqdaş qarşılayıblar.

Bildirilir ki, səfər çərçivəsində baş nazir Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İki ölkə liderləri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər. 

Aprelin 20-də Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək.

Nikol Paşinyanın Nijni Novqoroda da səfəri planlaşdırılır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR