Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Rusiyalı oliqarx lüks yaxtasını Türkiyəyə göndərdi

Rusiyalı oliqarx lüks yaxtasını Türkiyəyə göndərdi

Tarix: 12-05-2022, 12:58



Rusiyalı oliqarx Dmitri Kamenşçikə məxsus dəyəri 400 milyon dollar olan dəbdəbəli yaxtanın Qərb ölkələrinin sanksiyalarından qurtulmaq üçün Türkiyəyə getdiyi bildirilir.

Mediabiz.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət Dominikan Respublikasının paytaxtı Santo Dominqoda bir limanda olan "Uçan Tülkü" adlı yaxta, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı ilə bağlı başlatdığı istintaqın ardından buradan ayrılaraq Türkiyəyə istiqamət alıb.

ABŞ-ın tələbi ilə Dominikan səlahiyyətliləri gəmini bir müddət ələ keçirərək axtarış aparıblar.

400 milyon dollarlıq nəhəng yaxtanın böyük bir hovuzu, kinoteatrı, xəstəxanası və iki helikopter meydançası var. Dmitri Kamenşçik Moskvanın Domodedovo hava limanının rəhbəridir və "Forbes"in məlumatına görə, onun sərvəti 2,1 milyard dollardır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR