Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Ukrayna daha 40 yaşayış məntəqəsini azad etdi - YENİLƏNİB

Ukrayna daha 40 yaşayış məntəqəsini azad etdi - YENİLƏNİB

Tarix: 12-09-2022, 13:53

 
Ukrayna ordusunun Xerson və Xarkov vilayətlərində başlatdığı əks-hücum zamanı təqribən 3 min kvadratkilometr ərazi Rusiya qüvvələrindən geri alınıb.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 40-dan çox yaşayış məntəqəsi yenidən Ukraynaya qayıdıb.

Bundan əlavə, Ukraynanın şərqindəki Xarkov vilayətində toqquşmalar şiddətlənib. Ukrayna mənbələri sentyabrın 7-dən etibarən Xarkov vilayətində yaşayış məntəqələrinin alınmağa başladığını açıqlayıb.
 
***09:11

Ukrayna Silahlı Qüvvələri son sutkada 20-dən çox yaşayış məntəqəsini azad edib. 

Bu barədə Ukrayna SQ Baş Qərargahının mətbuat xidməti məlumat yayıb. 

"Aviasiyanın tətbiqi sayəsində Rusiya ordusunun 1 dayaq məntəqəsi, texnika və canlı qüvvənin 6 cəmləşmə yeri, 1 zenit-raket kompleksi və 1 PUA məhv edilib. Həmçinin 11 raket vurulub", - deyə  məlumatda qeyd olunub.  





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR