Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Sumqayıt-Bakı qatarlarının biri niyə ləğv edildi?

Sumqayıt-Bakı qatarlarının biri niyə ləğv edildi?

Tarix: 28-09-2022, 22:05

 

Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə sıxlıq daha çox olduğundan Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı həmin istiqamətə yönləndirilib.

Bu barədə Report-un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarının Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilərkən bildirilib.

Qeyd olunub ki, sentyabrın 15-27-də Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb, bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.

Xatırladaq ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. Biri isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır.

Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Sərnişin sıxlığı nəzərə alınaraq yeni qatarların alınması istiqamətində işlər aparılır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR