Son Xəbər: Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib,

"Baydenin G20 sammitində Putinlə görüşmək planı yoxdur" - Ağ Ev

"Baydenin G20 sammitində Putinlə görüşmək planı yoxdur" - Ağ Ev

Tarix: 13-10-2022, 22:17

 

"ABŞ prezidenti Co Bayden İndoneziyada və ya G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətində deyil" .

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinq zamanı bildirib.


“Vladimir Putinlə G20-də görüşmək planı yoxdur və ya hazırda Putinlə bu səviyyədə söhbət etmək niyyətində deyil”, – Kirbi bildirib.

Onun sözlərinə görə, Bayden Ukraynada baş verənləri , o cümlədən son bir neçə gündə baş verənləri nəzərə alaraq, Rusiya ilə “həmişəki kimi”  iş aparmağı mümkün hesab etmir.

Ağ Evin sözçüsü onu da qeyd edib ki,  Amerika prezidentinin Putinlə Rusiya Federasiyasında məhkum olunmuş ABŞ vətəndaşları Pol Uilan və Britni Qrinerin azadlığa buraxılmasının müzakirəsinin mümkünlüyü barədə sözləri “potensial hipotetik” planda deyilib.

Bundan əvvəl bildirilmişdi ki, İndoneziya G20 sammitində bütün ikitərəfli görüşləri, o cümlədən prezidentlər Vladimir Putin və Co Bayden arasında danışıqları keçirməyə hazırdır.

G20 sammiti  noyabrın 15-16- da Balidə keçiriləcək.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR