Son Xəbər: Baş katib Putinə xəbərdarlıq edib: NATO ərazisinin hər qarışını qoruyacağıq, Prezident Bakıda açılışda - Fotolar, Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi ilə görüşüb, Misirin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib, Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib, Nepal Prezidenti istefa verib - YENİLƏNİB, Daxili qoşunlara bu şəxsləri saxlamaq hüququ verilir, Daxili qoşunların vəzifə və hüquqları müəyyənləşir, Rusiya hökumətinin nümayəndə heyəti Dəməşqdədir, Lu Mey: "Azərbaycan–Çin əməkdaşlığı tarixi zirvəyə çatıb",

“Oktyabrın 31-də Təbriz ayağa qalxacaq” – Cənubi Azərbaycandan İNQİLAB SƏDALARI gəlir

“Oktyabrın 31-də Təbriz ayağa qalxacaq” – Cənubi Azərbaycandan İNQİLAB SƏDALARI gəlir

Tarix: 27-10-2022, 20:07

 

“Ötən gün fars rejimi Təbrizə o qədər ordu yeritmişdi ki, hər etirazçıya 3 dəyənəkli hərbiçi düşürdü”.

Bunu Bizim.Media-ya Bütöv Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada təmsilçisi Aslan Xalidi bildirib.

O, bütün təzyiqlərə baxmayaraq Güney Azərbaycanlıların ötən gün də milli şüarlar səsləndirməkdən çəkinmədiklərini söyləyib:

“Səsləndirilən fikirlərdə milli azadlıq şüarları ilə yanaşı Ermənistanla molla rejimin həmrəyliyi ən sərt şəkildə tənqid edilib. Təbii ki, səsləndirilən fikirlər, nümayiş etdirilən həmrəylik bizdə belə bir inam yaradır ki, Güney Azərbaycanda mübarizə yaxın zamanlarda öz nəticəsini verəcək”.

AzSAM təmsilçisi onu da qeyd edib ki, qarşıdan Dünya Türkçülük Günü gəlir:

“Bu günə, yəni oktyabrın 31-ə Güney Azərbaycanlılar çox ciddi hazırlaşır. Soydaşlarımızın fars rejiminə etirazları bu tarixədək hər gün davam edəcək. Ancaq, o gün xüsusi olaraq kütləvi tədbirlər daha çox olacaq.

Güney Azərbaycanın əksər şəhərlərində insanlar küçələrə çıxıb milli haqlarını tələb edəcəklər. Həm də, o gün son hadisələrdə həlak olan Hədis Nəcəfinin ölümünün 40-cı günüdür. Bilirsiniz ki, bu gənc soydaşımız ötən ay çadranı ataraq başı açıq şəkildə silahlı hökümət qüvvələrinin üzərinə gedib.

Güc strukturlarının əsgərləri də onu gülləbaran edib. Nəcəfi aldığı 6 güllə yarası səbəbilə həlak olub. Onun xatirəsinə ehtiram əlaməti olaraq okryabrın 31-də daha mütəşəkkil və iri miqyası yürüşlərin keçirilməsi planlaşdırılır”.

Aslan Xalidi onu da bildirib ki, fars rejimi xalqın səsini eşitmək əvəzinə onu əzmək yolu seçib:

“Son bir-iki gündə Güney Azərbaycanın əksər şəhərlərində terror aktları törədildi. Təbriz metrosu partladıldı. Əxlas şəhərindəki yaşayış binası dağıdıldı. İsfahanda törədilən təxribat nəticəsində isə 15 dinc sakin ölüb, 45 nəfər ağır yaralanıb.

Əldə etdiyimiz son məlumatda qeyd olunur ki, rejim etirazçı ovuna hazırlaşır. Artıq ənənəvi üsuldan imtina edilir. Etiraz aksiyasının önündə gedənlər müəyyən ediləcək və daha sonra gizli şəkildə qaçırdılacaq. Sonra isə onlar fiziki cəhətdən məhv ediləcək”.

Bizim.Media





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR