Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Çeçenistanın “qan davası”: Kadırovun ən böyük tənqidçisi Tumso güllələndi - FOTO

Çeçenistanın “qan davası”: Kadırovun ən böyük tənqidçisi Tumso güllələndi - FOTO

Tarix: 5-12-2022, 10:48

Dekabrın 2-nə keçən gecə İsveçdə müxalifətçi çeçen bloqer Tumso Abduraxmanov güllələnib.

Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Məlumatı onun yoldaşları da təsdiqləyiblər.

İsveç hüquq-mühafizə orqanları hələlik bu xəbəri şərh etməyiblər.

Bundan əvvəl Tumso Abduraxmanovla əlaqənin itdiyi xəbər verilmişdi, hətta “Telegram” kanallarda Abduraxmanovun mümkün qətli ilə bağlı xəbərlər yayılmışdı. Dekabrın 2-də Avropa Çeçenləri Assambleyasının mətbuat katibi Şamil Albakov “Kavkazskiy Uzel” nəşrinə bildirib ki, Abduraxmanovun ölümü ilə bağlı etibarlı məlumat yoxdur.

“Vaifond”un nümayəndələri də Abduraxmanovla əlaqə saxlaya bilmədiklərinə baxmayaraq, onun ölümü ilə bağlı xəbərlərə inanmadıqlarını bildirmişdilər. Dekabrın 3-də “Vaifond” özünün “Telegram” kanalında hələ də Abduraxmanovu tapa bilmədiklərini, həmçinin onun qardaşı Məhəmməd Abduraxmanovla əlaqə yaratmağın mümkün olmadığını xəbər verdilər.

Tumso Abduraxmanov Çeçenistan hakimiyyətini tənqid etməsi ilə tanınır. 2015-ci ildə Ramzan Kadırovun qohumları ilə münaqişədən sonra o, Rusiyanı tərk edib. Bloqer İsveçdə siyasi qaçqın statusu alıb. Çeçenistanda Abduraxmanov İŞİD-lə əlaqədə ittiham olunur.

2019-cu ildə Çeçenistan parlamentinin spikeri Maqomed Daudov Abduraxmanova qarşı “qan davası” elan edib. Lakin sonradan respublika rəhbərliyi bunu təkzib etdi.

2020-ci ildə bir nəfər Abduraxmanovun İsveçdəki mənzilinə girərək onun başına çəkiclə zərbə endirib. Bloqer ondan çəkici almağa və polisə müraciət etməyə müvəffəq olub. 2021-ci ildə Ruslan Mamayev adlı hücumçu 10 il həbs cəzası alıb (sonradan müddət iki il uzadılıb). Onun mənzilə girməsinə köməklik edən Elvira Şapiyeva isə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: NEWSru.co.il




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR