Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Putin naziri sərt tənqid etdi - “Niyə boş-boş oturursunuz?” - Video

Putin naziri sərt tənqid etdi - “Niyə boş-boş oturursunuz?” - Video

Tarix: 12-01-2023, 14:02

 

Rusiya Prezidenti Vladimir Putin yanvarın 11-i nazirlər və digər qurumların rəhbərləri ilə görüş keçirib.

Mediabiz.az Rusiya mediasına istinadən xəbər verir ki, onlayn şəkildə keçirilən iclas zamanı Putin ölkənin Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovu kəskin tənqid edib.

Belə ki, Rusiya lideri Manturovu aviasənayedə bir çox müəssisədə yeni təyyarələrlə bağlı sifarişlərin olmamasına görə danlayıb.

Onun sözlərinə görə, zavodlarda hələ də sifarişlər yoxdur: “Direktorlar mənə dedi ki, müəssisələrdə hələ də müqavilələr yoxdur. Niyə boş-boş oturursunuz? Müqavilələr nə vaxt hazır olacaq?”

Putin göstəriş verdiyi işlər gec yerinə yetirildiyi üçün Manturova öz iradlarını bildirib.

Qeyd edək ki, Vladimir Putin Manturova ölkəyə nə qədər mülki, nə qədər hərbi təyyarələrin lazım olduğunu müəyyən etmək üçün Müdafiə Nazirliyi ilə yeni təyyarələrin tədarükü məsələsini həll etməyi tapşırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR