Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Binaları dağıldı, ölkədən qaçan atasını polisə verdi - FOTOLAR

Binaları dağıldı, ölkədən qaçan atasını polisə verdi - FOTOLAR

Tarix: 11-02-2023, 22:27

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Adanada da bir çox bina dağılıb. Hadisədən sonra Adananın Çukurova rayonunda dağılan 14 mərtəbəli lüks binanın sahibi saxlanılıb.

Binanın sahibi olan Həsən Alpargün oğlu ilə zəlzələnin ilk günü Kiprə qaçıblar. Çox keçməyib ki, iş adamı polis tərəfindən yaxalanıb.

Belə ki,  Həsən Alpargünün oğlu atasının yaxalanmasında böyük rol oynayıb. O, polisə zəng edərək, atasının Kiprə qaçdığını etiraf edib.

33 yaşlı Həsən Can Alpargün, "Atamı polisə mən şikayət etmişəm. Bəli, onunla birlikdə Kiprə gedirdim. Mənim heç bir günahım yoxdur. O binalar tikiləndə mənim 5 yaşım var idi. Zəlzələdə dağılan binaya cavabdeh mən deyiləm,  atamdır.  O da qanun qarşısında cavab verəcək".

Bildirək ki, 14 mərtəbəli lüks bina zəlzələ nəticəsində tamamilə uçub. Hadisədə 65-ə yaxın insan həyatını itirib, onlarla şəxs isə yaralanıb. 

Binaları dağıldı, ölkədən qaçan atasını polisə verdi - FOTOLAR






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR