Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Vardanyanın yerinə o gətirilir - Paşinyan razılıq verdi

Vardanyanın yerinə o gətirilir - Paşinyan razılıq verdi

Tarix: 23-02-2023, 11:36

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyanın "vəzifədən" uzaqlaşdırılacağı gözlənilir.

Bu barədə Ermənistanın "Past" qəzetində dərc olunan məqalədə bildirilir.

Nəşr yazır ki, Vardanyanın yerinə gətiriləcək Qurgen Nersisyan dünən Ermənistan Baş naziri Nikol Paşinyanın yanına gedib və yeni "vəzifə" üçün onun "xeyir-duasını" alıb. Nersisyanla birlikdə separatçıların rəhbəri Arayik Harutyunyanın da Paşinyanla görüşdüyü deyilir.

Ermənistanın "Hraparak" qəzeti isə yazır ki, Vardanyan "vəzifədən" azad edilsə də, Xankəndidə qalmağa davam edəcək.

Bundan əvvəl "Past" nəşri bildirmişdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların "dövlət naziri" Ruben Vardanyanın "yoldan çəkiləcəyinə" söz verib. İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib.

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın öz vətəndaşları hesab etdiyi Qarabağın erməni icması ilə münasibətlər qurmağa hazır olduğunu və onlara bütün Azərbaycan vətəndaşlarının malik olduğu qədər hüquq və təhlükəsizlik təminatı veriləcəyini elan edib, lakin bunun üçün Moskvadan göndərilən Ruben Vardanyanın Qarabağı tərk etməsi tələb olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR