Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

"ABŞ Ukraynaya beşinci nəsil döyüş təyyarələrinin çatdırılmasını müzakirə edir" - Nuland

"ABŞ Ukraynaya beşinci nəsil döyüş təyyarələrinin çatdırılmasını müzakirə edir" - Nuland

Tarix: 23-02-2023, 21:48

 

Birləşmiş Ştatlar Ukraynaya beşinci nəsil döyüş təyyarələrinin , o cümlədən onun uzunmüddətli ehtiyaclarının ödənilməsinin bir hissəsi kimi tədarükünü müzakirə edir .

Bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib .

Fevralın 23-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, alınan Qərb qırıcıları və uzaqmənzilli raketlər Ukrayna ordusu tərəfindən yalnız “işğal olunmuş əraziləri azad etmək” üçün istifadə olunacaq . O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri onlardan Rusiyanın digər ərazilərində istifadə etmək niyyətində deyil.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisdə çıxışı zamanı xəbərdarlıq etmişdi ki, Rusiya Kiyevə daha geniş diapazonlu silah tədarükünə mütləq cavab verəcək .

Fevralın 19-da ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol Ukraynaya qırıcı təyyarələrin tədarükü məsələsində irəliləyişin olduğunu açıqlayıb .





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR