Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Xorvatiya hökuməti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıdı

Xorvatiya hökuməti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıdı

Tarix: 16-06-2023, 09:01

Xorvatiya hökuməti iyunun 15-də ölkə parlamentinin Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınması təşəbbüsünü dəstəkləyib.
Bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkov məlumat verib.
Xorvatiya Xarici İşlər Nazirliyinin dövlət katibi Zdenko Luçiç bildirib ki, təklif olunan bəyannamə ilə Xorvatiya parlamenti Qolodomoru 1932-1933-cü illərdə Ukraynada kommunist Stalinist rejimi tərəfindən qəsdən təşkil edilmiş məcburi aclıq kimi təsnif edir. Luçiç əlavə edib ki, bu, Ukrayna xalqına qarşı soyqırımı cinayətidir.
Xatırladaq ki, dünyanın 20-dən çox ölkəsi (Böyük Britaniya, Sloveniya, Belçika, İrlandiya, Rumıniya, Moldova, Çexiya, Almaniya, İslandiya, Fransa, Bolqarıstan və s.) Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.
Mənbə: rbc.ua




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR