Son Xəbər: Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub, Sabah Azərbaycanda 36 dərəcə isti olacaq, Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib, İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək, Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib, Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb, Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb, Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb, Suriya və Livan arasında razılaşma imzalanıb, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib,

Döyüşə hazırlıq əmri verilən Rusiya şəhərlərində son vəziyyət - YENİLƏNİB + FOTO

Döyüşə hazırlıq əmri verilən Rusiya şəhərlərində son vəziyyət - YENİLƏNİB + FOTO

Tarix: 24-06-2023, 07:12

 

Rusiyanın Rostov və Krasnodar şəhərlərində olan son durum görüntülənib.

Kadrlar sosial şəbəkələrdə yayımlanıb.

Şəhərlərdə çox sayda hərbi texnikanın olmasının müşahidə edildiyi həmin kadrları təqdim edirik:

01:24

Rusiyanın Rostov şəhər polisi “Qala” planı barədə elan verib.

Şəxsi heyətə isə tam hazırlıq vəziyyətində olmaları tapşırılıb.  

Bu barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya dərc olunub.

“Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi, həmçinin Luqansk və Donetsk ilə sərhəddəki postların gücləndirilməsi barədə əmr verilib. Ancaq vəziyyət gərgin deyil. Sadəcə şəxsi heyət qaldırılıb və çağrılıb”, - deyə bildirilib.

“Baza”nın məlumatına görə, Rostov vilayətinin bir sıra polis idarələrində işçilərə xəbərdarlıq edilib və səbəbi barədə açıqlama verilməyib.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamenti də həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Bu barədə BBC-nin xüsusi xidmət orqanlarına yaxın mənbəsi məlumat verib.

Qeyd olunub ki, “Don” şossesində (Moskva-Voronej-Rostov-na-Donu yolu) FTX Milli Qvardiya qoşunlarının xüsusi çevik reaksiya bölmələrinin dəstəyi ilə yollarda blokpostlar qurub. Postlarda növbə çəkənlərə isə təhlükə olacağı təqdirdə atəş açmaq əmri verilib. Eyni zamanda texnika da hazırlıq rejimindədir, lakin bölmələr hələ ki texnikanın çıxarılması ilə bağlı əmr almayıblar.
Döyüşə hazırlıq əmri verilən Rusiya şəhərlərində son vəziyyət - YENİLƏNİB + FOTO





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR