Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Zelenski Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə GETDİ

Zelenski Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə GETDİ

Tarix: 7-07-2023, 22:41

Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə gedib.

Bu barədə o özünü öz Telegram kanalında yazıb.

“Türkiyədə gərgin bir günü başa vururuq. Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparırıq”, - deyə Ukrayna lideri yazıb.

Zelenski qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Qeyd edək ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski ilə İstanbulda keçiriləcək danışıqların nəticələrini müzakirə etməyə hazırlaşır . “A Haber”in məlumatına görə, Türkiyə və Rusiya başçılarının təkbətək görüşü gözlənilir. Ərdoğanla Putin arasında mümkün danışıqların tarixləri, eləcə də onların dəqiq yeri hələlik məlum deyil. Eyni zamanda, qəzet əlavə edir ki, Türkiyə prezidenti ilə Zelenski arasında danışıqlar təkbətək dialoqla başlayacaq, daha sonra iki ölkənin nümayəndə heyətləri səviyyəsində ünsiyyətə keçiləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR