Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Putin Ərdoğanla taxıl müqaviləsi üzrə danışıqlardan imtina edib

Putin Ərdoğanla taxıl müqaviləsi üzrə danışıqlardan imtina edib

Tarix: 28-07-2023, 21:11

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin bərpasını müzakirə etmək xahişlərinə məhəl qoymayıb.

Bu barədə “The Wall Street Journal” diplomatik mənbələrə istinadən yazıb.

Onların sözlərinə görə, Türkiyə liderinin təkid etdiyi telefon danışığı hələ baş tutmayıb. Türkiyə rəsmiləri digər kanallar vasitəsilə dialoqa təkan verməkdə davam edir.

Türkiyənin Moskvadakı səfirliyində çalışmış keçmiş yüksək səviyyəli diplomat  Gülru Gezer deyib ki, o, “Putin Ərdoğana əvvəlki qədər güvəndiyinə” inanmır. Onun fikrincə, Rusiya tərəfi və xüsusən də Kreml Türkiyə prezidentinin “düşüncə tərzini şübhə altına alır”. Gezer Rusiya liderinin "zənglərə (xarici dövlət başçılarından) cavab verməməsini" də qeyri-adi adlandırıb.

Bundan əvvəl Ərdoğan bu məsələni Putinlə ətraflı müzakirə edəcəyinə və taxıl müqaviləsinin davam etdirilməsini təmin etməyə ümid etdiyini bildirib .




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR