Son Xəbər: Azərbaycanda Dövlət Bayrağı Günüdür, Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi, Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI, Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR, İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR, Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR, ABŞ və “C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir, Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi, Ərdoğan Azərbaycana səfərə yola düşüb,

İranda saxlanılan Fərid anası ilə danışdı: Psixoloji təzyiqə məruz qalır

İranda saxlanılan Fərid anası ilə danışdı: Psixoloji təzyiqə məruz qalır

Tarix: 2-08-2023, 10:40

İranda casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlu ilə telefon danışığı aparıb.

Mediabiz.az xəbər verir ki, bu barədə Dilarə Əsgərovanın özü məlumat verib.

O qeyd edib ki, oğlu avqustun 3-nə qədər məhkəmədən son söz üçün vaxt verildiyini bildirib.

"Yaxın günlərdə hökm oxunacaq. Son vaxtlar Fərid məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Bəzi məsələlərlə bağlı vəkilə ehtiyacı olduğunu bildirdi. Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər, vəkillər İran azərbaycanlılarıdır. Təkcə Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar məbləğ istəyirlər. Fəridlə məsləhətləşdik. Fərid dedi ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı demək olar ki, sıfırdır və üstəlik ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Yalnız məsləhət almaq üçün bu məbləği vermək mənasızdır. Üstəlik mənim bu məbləği ödəməyə imkanım olmadığını da nəzərə alıb Fəridlə qərara aldıq ki, İrandan vəkil tuta bilmirik, buna görə də Azərbaycandan Fəridi bir vəkillə əlaqələndirək ki, zəng edib suallar verə bilsin məhkəməyə qədər. İki vəkil canla-başla heç bir ödəniş olmadan Fəridə kömək edə biləcəklərini dedilər. Nədənsə Ayərbaycanın İrandakı konsulluğu Fəridlə vəkillər arasında telefon əlaqəsi yarada bilməyəcəklərini bildirdilər. Bu ümidimiz də puç oldu. Fərid çox gərgin danışırdı. Hakimin psixoloji təzyiqləri, bu günə qədər vəkillə təmin olunmaması, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi onu çox narahat edir. Hər yerdən əlim üzüldüyü üçün özüm bəzi məsləhətlər verdim, məsələn Fərid onun ifadəsinin farsca yazılı variantını başa düşmür, tapşırdım altına yaz başa düşmürəm qol çək və sair", - deyə Fəridin anası bildirib.

Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.

İndiyə kimi İranda Fərid Səfərliyə bir neçə məhkəmə qurulub. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki prosesdə fars dilini bildiyinə görə, ona tərcüməçi verilməyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR