Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ərəb ölkələrində isti yay mövsümünün başa çatması belə müəyyən edilir

Ərəb ölkələrində isti yay mövsümünün başa çatması belə müəyyən edilir

Tarix: 7-08-2023, 10:20

Ərəb astronomları yay istisinin geri çəkilmə tarixini açıqlayıblar. Ərəb Astronomiya və Kosmik Elmlər İttifaqının üzvü İbrahim əl Carvanın sözlərinə görə, bu il tədricən soyuma avqustun 24-dən başlamalıdır.

Məhz bu gün Ərəbistan səmasında Suheyl ulduzu yüksələcək, o, bölgə tarixinin ən isti yay dövrlərindən birinin sonunu simvollaşdıracaq. Suheyl göydəki parlaqlığına görə ikinci (Siriusdan sonra) ulduzdur, 27 milyon yaşı var, Yer kürəsindən 310 işıq ili uzağında yerləşir.

Xatırladaq ki, bu yay ərəb ölkələrində havanın temperaturu dəfələrlə 50 dərəcəyə çatıb.

Məlum olduğu kimi, ərəblər Suheyl ulduzundan (Avropada daha çox Kanopus kimi tanınan Alfa Kil) dəniz naviqasiyası (Cənub Qütb ulduzu kimi) və səhra səyahətlərində istiqaməti müəyyən etmək üçün istifadə edirdilər. Müxtəlif xalqlarda onunla bağlı bir çox əfsanə və rəvayətlər var. Ərəbistanda onun "mövsümü" 53 gün davam edir, bu zaman bölgəyə, xüsusən də günəş batandan sonra hiss olunan, çoxdan gözlənilən sərinlik gəlir.

2023-cü ildə dünyanın bir çox regionunda anomal istilər müşahidə olunub. İnsanların əksəriyyəti iqlim dəyişiklikliyi ilə əlaqədar olan həyəcanlı tendensiyalara lazımi diqqət yetirmir. Planetin hər yerində qeydə alınan istiliyin rekord göstəriciləri diqqətdən kənarda qala bilməyən və ciddiləşən problemdən xəbər verir.

APA





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR