Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

G20 Sammitində gülməli mühafizə sistemi - FOTO

G20 Sammitində gülməli mühafizə sistemi - FOTO

Tarix: 31-08-2023, 10:40

Hindistanda G20 sammitinin nümayəndələrini aqressiv makakalardan qorumaq üçün qeyri-adi yol seçilib. Belə ki, Yeni Dehli yerli hökuməti şəhərdə langur meymunlarının karton fiqurlarını quraşdırmağa başlayıblar.

Bildirilir ki, makakalar langurlardan uzaq gəzməyə çalışırlar. Buna görə də onların karton fiqurları rezusları qorxutmalıdır.

Etibarlılıq üçün təxminən 40 muzdlu işçi bu meymunların qışqırıqlarını təqlid edəcəklər.

Bu yolla makakaların sammitin qonaqlarının qalacağı hoteldən uzaq tutulacağına ümid edilir.

Deyilən üsul işə yaramasa, o zaman mütəxəssislər əlavə qoruma üsullarına əl atacaqlar.

Məlumata görə, son vaxtlar makakalar insanlara daha çox hücum etməyə başlayıb. Bir neçə faciəli hadisədən sonra isə onların vəhşi heyvanlar üçün xüsusi sığınacağa köçürülməsinə  başlanılıb.






Mənbə: Hindustan Times




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR