Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Kayzi Pyer: “Biz fransız neokolonializmi ilə mübarizə aparırıq”

Kayzi Pyer: “Biz fransız neokolonializmi ilə mübarizə aparırıq”

Tarix: 20-10-2023, 15:24


“Yeni Kaledoniya sakinləri fransız xalqına qarşı deyil, bu ölkənin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparırlar”.

Bunu Yeni Kaledoniyanın Lifu kommunasının bələdiyyə müşaviri Pyer Kayzi Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Biz fransızlarla mübarizə aparmırıq. Onlara böyük hörmətimiz var. Bu ölkənin müstəmləkəçilik siyasəti bizi qane etmir. Fransanın Prezidenti Emmanuel Makron sələflərindən daha çox müstəmləkəçilik xəttinə sadiqdir”, - o vurğulayıb.

Müşavir qeyd edib ki, Fransa Yeni Kaledoniya xalqının nailiyyətlərini azaltmağa çalışır, bununla da öz müstəmləkəçilik siyasətini həyata keçirir.

O, mübarizənin Makron hökumətinə qarşı olduğunu, hətta Fransanın Yeni Kaledoniyanı müstəqillik iddiasında olan ölkələr siyahısından çıxarmaq istəyinə baxmayaraq, mübarizənin davam edəcəyini vurğulayıb.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu müxtəlif xalqların Fransa metropoliyasında məruz qaldıqları haqsızlıq və təzyiqlərlə bağlı öz təcrübəsini bölüşmək imkanı verir: "Biz müstəmləkəçilik məsələlərini müzakirə etməliyik, çünki Fransanın müdaxiləsi ilə azadlıq üçün müraciət edənlər siyahısından çıxarıldıq".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR