Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

"Çubuq sizdədir, bəs top...?" - Hakan Fidandan ABŞ-yə CAVAB

"Çubuq sizdədir, bəs top...?" - Hakan Fidandan ABŞ-yə CAVAB

Tarix: 7-11-2023, 16:51

Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsində səfərdə olan amerikalı həmkarı Antoni Blinkenlə görüşüb.

Görüş zamanı mətbuata verilən fotoda Blinkenin arxasındakı stolun üzərində ay-ulduzlu Məscidül-Əqsanı xatırladan fiqur diqqət çəkib. 

Digər tərəfdən, ABŞ-nin Ankaradakı səfiri Ceff Flake də Hakan Fidanı ziyarət edib. Görüş zamanı çəkilən fotoda Fidanın masasının üzərindəki beyzbol topu böyük əks-səda doğurub.  

Bunun ABŞ prezidenti Barak Obamanın beyzbol çubuğu ilə çəkilmiş fotosuna cavab olduğu bildirilib.  

Hakan Fidan'ın ABD'ye attığı ilk gol değil

"Çubuq sizdədir, bəs top...?" - Hakan Fidandan ABŞ-yə CAVAB

Xatırladaq ki, 2012-ci ildə o vaxtkı ABŞ prezidenti Barak Obama Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apararkən əlində beyzbol çubuğu ilə şəkil çəkdirmişdi. Bu kadr o vaxtlar çox danışılıb, müzakirə olunub. Aradan illər keçsə də, bu hadisə unudulmayıb.

11 il sonra Hakan Fidan  Amerika səfirini qəbul edərkən, masasının üzərindəki  beyzbol topu ilə ABŞ-yə açıq mesaj verib:  "Çubuq sizdədir, bəs top kimdədir?".  




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR